8 Aprel 2020 18:13
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xroniki xəstələr daim müalicə almalıdırlar. Onların arasında kliniki müalicəyə ehtiyac olan xəstələr önəmlidir. Belələrinin ambulator çıxarışları var.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib: "Bu çıxarış stosiaonar tibb müəssisəsi tərəfindən verilir. Ciddi hallarda xəstələr 103 təcili yardım xidmətindən istifadə edə bilərlər".

O bildirib ki, bir çox xəstələr virusa yoluxduqda gec müraciət edirlər: "Bu ağırlaşmalara səbəb olur. Antivirus müalicəyə tez başlamaq lazımdır ki, ağırlaşma olmasın. Karantin rejimindən qorxduqları üçün müraciət etmirlər.

Yuxarı tənəffüs yolu infeksiyası ilə müraciət edənlər üstünlük təşkil edir. Vətəndaşlardan ciddi yanaşmalarını xahiş edirik. Vaxtında müraciət edərək, ailə üzvlərini də qorusunlar. Əks halda ağırlaşma zamanı daha ağır müalicə tətbiq etməli oluruq.

Xəstə ilə təmasda olanlar karantinə alınır".


Müəllif: Aysel Azad