Məlum olduğu kimi dünyanı sarsıdan koronovirus təhlükəsi, onun yaratdığı fəsadlar ölkəmizdən də yan keçməyib. Ölkə prezidentinin iradəsi ilə xalqımızın xəstəlikdən mühafizə olunması və bu mənşəyi, dərmanı bilinməyən xəstəlikdən minimum zərərlə çıxmaq üçün kompleks tədbirlər həyata keçirilir. Dövlətin siyasətinə uyğun olaraq ölkə miqyasında tətbiq olunan karantin rejimində aztəminatlı ailələrə diqqət prioritetdir. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq vətəndaş cəmiyyətinin nümayəndələri yerlərdə ehtiyaclı ailələrlə görüşüb həm maddi, ərzaq yardımı edir. Həm də mövcud vəziyyətlə bağlı maarifləndirmə işləri aparırlar.
Teleqraf.com xəbər verir ki, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri Zərifə Quliyeva da bu təbliğatın önündə gedən QHT rəhbərlərindəndir. İnsanların sosial şəbəkələrdəki müraciətlərinə biganə qalmayan Zərifə Quliyeva bu günlərdə Binəqədi, Yasamal rayonları, həmçinin Biləcəri və Binə qəsəbələrində yaşayan onlarla aztəminatlı ailələlərə görüşüb, Prezidentimiz cənab İlham Əliyevin və onun yerlərdəki nümayəndələrinin, Yasamal RİH başçısının qayğısını, onların hər zaman vətəndaşlarımızın yanında olduğunu çatdırıb.
Yasamal rayonu ərazisində yatdım çatdırılan ünvanlar:
1. Yasamal rayonu, Günəş petrolun yaxınlığında kirayədə qalan 4 nəfərdən ibarət olan ailə.
2. Yasamal rayonu, Şərifzadə küç. 134, blok 2, mənzil 20-də yaşayan 4 nəfərdən ibarət olan ailə.
3. Yasamal rayonu, Salatın Əsgərova küç. Dalan 1, ev 1-də yaşayan Sevda İbrahimova.
4. Yasamal rayonu, Mirəli Seyidov küç. Ev 53, mənzil 81-də yaşayan Afaq Hüseynli.
5. Yasamal rayonu, Çörək zavodunun yaxınlığında 14 saylı yataqxananın 4 -cü mərtəbəsində məskunlaşan 4 nəfər üzvü olan ailə.