Azərbaycanda koronavirusdan sağalanların sayı çoxalmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, son sutka ərzində 122 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə Azərbaycanda koronavirus infeksiyasından sağalan xəstələrin sayı 712 nəfərə çatıb.
Hazırda ölkə ərazisində 667 nəfər COVID-19 infeksiyasına yoluxan şəxs var. Onların müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.