22 Aprel 2020 00:38
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi Xudu Məmmədovun həyat yoldaşı Maya xanım dünyasını dəyişib

Teleqraf.com xəbər verir ki, tanınmış elm adamı və ictimai xadim olmuş Xudu Məmmədovun həyat yoldaşı Maya Məmmədova bu gün haqqın dərgahına qovuşub.

Xudu Məmmədovun xanımı Qazax rayonunda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Xudu Məmmədov (14 dekabr 1927, Ağdam – 15 oktyabr 1988) Azərbaycanın tanınmış elm adamı və ictimai-siyasi xadimi, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü olub.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər