1 May 2020 18:08
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mollarda ərzaq və aptek mağazaları fəaliyyət göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:

"Molların yeni qaydalarda fəaliyyət göstərməsi nəzərdə tutulmur. Onlar üçün əvvəlki qadağalar qüvvədədir".

İbrahim Məmmədov fərdi şəkildə repitetorluğa icazə verildiyini də xatırladıb: "Qrup şəklində məşğələlərlə bağlı qaydalar qüvvədədir. Fərdi repitetorluqda bir nəfər iştirak edə bilər. Nəzərə alaq ki, burada sosial məsafə qaydalarını qorumaq vacibdir".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, metodiki qaydalarda bu məsələ əksini tapacaq: "Bu məsələlərin ciddi nəzarət altında olması, işə-gediş gəliş barəsində leqal çalışmaq lazımdır. Hər bir xidmət leqallaşdırılmalıdır və biz bunun nə dərəcədə əhəmiyyətli olduğunu görürük. Bu, tibbi baxımdan da əhəmiyyətlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər