Hazırda koronavirus pandemiyası ilə mübarizədə istifadə olunan modul tipli xəstəxanlar gələcəkdə səhra xəstəxanaları olaraq istifadə edilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
R.Bayramlı qeyd edib ki, Azərbaycan müharibə şəraitində yaşayır: “Buna görə də modul tipli xəstəxanalar heç vaxt aktuallığını itirməyəcək”.