Teleqraf.com günün qoroskopunu təqdim edir.
Qoç -Yaxınlarınızla nəzakətli davranmağa çalışın. Bu gün müəyyən situasiyalarda çox sərt iradlar bildirirsiniz. Qadınlarla ünsiyyət kefinizi açacaq, ancaq onlara tam etibar etməyin.
Buğa - şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Sizin üçün əziz olanlarla bu gün səmimi ola bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Çoxdan bəri davam edən fikir ayrılıqlarını aradan qaldıra bilərsiniz.
Əkizlər - günün uğurlu olacağını elə səhər açılandan hiss edəcəksiniz, intuisiyanız sizi yanıltmayacaq. Bu gün məqsədinizə çatmaq üçün çox vurnuxmaq lazım deyil, asan yolları seçə bilərsiniz, onsuz da hər şey əla alınacaq. Əhvalınız əladır, ətrafınızda olanların da kefini açırsınız.
Xərçəng - mənfi tendensiyaların təsiri çox güclüdür və bu ilk növbədə əhvalınıza təsir edir. Qıcıq tutmaları, şıltaqlıqlar, sizi əhatə edənlərə həddən artıq tənqidi yanaşma sizi yaxşı həmsöhbət kateqoriyasından birmənalı şəkildə çıxarır. Həvəslə mübahisələrə qoşulur, hətta özünüz onları yaradırsınız.
Şir - situasiya birmənalı deyil, hətta təzadlıdır. Siz vurnuxur, tarazlığı tuta bilmirsiniz. Sizə çoxlu yaxşı məsləhətlər verirlər, amma siz onları dinləmək niyyətində deyilsiniz. Tez-tez başqalarının işinə qarışır, sizə birbaşa aidiyyatı olmayan müzakirələrə qoşulursunuz.
Qız - liderlik xüsusiyyətinizi üzə çıxarmağın vaxtı gəldi. Sərfəli sövdələr bağlaya bilərsiniz. Faydalı işgüzar əlaqələr qurmaq şansınız var. Cazibədarsınız. Odur ki, diqqət sarıdan gün bol olacaq.
Tərəzi - asan, sevincli, xoş gündür. İstədiyinizi əldə etmək üçün dəridən-qabıqdan çıxmaq lazım gəlmir, sanki uğur özü sizə tərəf qaçır. Əgər hansısa çətinliyiniz yaranarsa, dostlarınız dərhal köməyinizə gələcəklər. Həm şəxsi, həm də işgüzar xarakterli maraqlı təklif ala bilərsiniz.
Əqrəb - xarici dilləri öyrənməyə başlamaq olar, bu gün yeni söz və ifadələri yaxşı yadda saxlayırsınız. Daha yaxşı olar ki, əcnəbi tanışınızla birlikdə vaxt keçirəsiniz. İnternasional məhəbbətin yaranması mümkündür. Münasibətlərin davamı internasional nikah da ola bilər.
Oxatan - təzadlı gündür. Hər şey sizin istədiyinizin əksinə alınır. Bu sizi dəhşətli dərəcədə əsəbləşdirir. Sizin pis əhvalınızın qurbanları isə günahsız insanlar olurlar. Adətindən daha çox kinayəli və kobud iradlar bildirir, müsahibinizə bu sözlərinizin necə pis təsir etdiyi barədə düşünmürsünüz.
Oğlaq - günün əvvəli işgüzar entuziazm sərhəd tanımayacaq, hətta bəzən xəstəlik həddinə çatacaq. Adamlar öhdəsindən gələ bilməyəcəkləri işləri asanlıqla boyunlarına götürürlər. Əlbəttə, xırda işləri tezliklə və çətinlik çəkmədən bitirmək olar. Bununla kifayətlənən isə çox azdır. Maliyyə fırıldaqları, böyük pullarla risk məsləhət deyil.
Dolça - ggər bu günə vacib görüş təyin etmisinizsə, xarici görünüşünüzə maksimum diqqət ayırın - üzərinizdə hansı geyim olmasının əhəmiyyəti böyükdür, sizə qiyməti məhz paltarlarınıza görə verəcəklər. Ekstravaqant hərkətlərdən çəkinin, başqalarının stereotiplərini qırmayın.
Balıqlar - çətinliklərlə savaş üçün qollarınızı çirmələmisiniz, hərdənbir etdiyiniz həmlələr hətta düşmənlərinizi zəiflədir də. Asan uğura ümid etməyin. Bu gün sizi ağır, uzun, yorucu, diqqət və inad tələb edən işlər gözləyir.
Milli.Az