Koronavirusla bağlı gündəlik təqdim edilən statistikaya Naxçıvan Muxtar Respublikasının nəticələri də daxildir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Bu günə qədər Naxçıvan ərazisində 104 nəfər koronavirusa yoluxub. Muxtar respublikada laboratoriyalar qurulub. Hazırda orada da testlər aparılır. Laboratoriyalar müasir təchizatlarla təmin edilib. Mütəmadi olaraq məlumatlar verilir"