24 May 2020 10:02
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP Gəncə Şəhər Təşkilatının Gəncə Şəhər İcra Hakimiyyətilə birgə videokonfransları davam edir.

Millət vəkili, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin moderatorluğu ilə pandemiya günlərinin aktual mövzularına yer verilən vebinar bu dəfə təhsilə həsr edilib. Orta məktəb, kollec və universitetlərdə virtual təhsilin vəziyyəti, imkanları və perspektivlərindən danışılıb.

YUNESKO-nun son hesabatlarına görə hazırda dünyada 1 milyarddan çox şagird və müəllim təhsildən kənarda qalıb. Buna görə də dünya ölkələri təhsilin rəqəmsallaşdırılmasına diqqət edir.

Konfransda bu fikirlə çıxış edən Təhsil Nazirliyinin idarə rəisi Vüsal Xanlarov Azərbaycanda da dövlət və müəllim həmrəyliyi sayəsində virtual təhsil sisteminin artıq bir neçə aydır uğurla davam etdiyinə dair açıqlamalar verib. İdarə rəisinin açıqlamasına görə virtual məktəb platformasında yay ayları üçün bir sıra fəaliyyətlər nəzərdə tutulub. Məqsəd ənənəvi tədris prosesinə qayıddıqdan sonra da virtual məktəbin təhsilin bir hissəsi olaraq davam etməsidir.

Azərbaycan Dövlət Aqrar Universitetinin onlayn dərsləri pandemiya başlayandan bu günə qədər davamlı olub və istənilən mövzunu internet resurlarından videomühazirə şəklində əldə etmək mümkündür. Lakin heç də hər bir tələbə bu dərslərdən yararlana bilmir.

Konfransda bu fikirlərlə çıxış edən ADAU-nun rektoru İbrahim Cəfərov isə tələbələrinin tədris ilini necə başa vura biləcəklərinə dair məlumatlar verib.

Tibb Kollecinin pandemiya dövründə onlayn tədrisinə diar məruzə dinləndikdən sonra gənclər Landau məktəbinin həmtəsisçisi Rahul Dmellonun “Evdə qal, inkişafdan geri qalma” süarı ilə motivasiya xarakterli çıxışını, Azərbaycanı və Türkiyəni beynəlxalq platformalarda layiqincə təmsil edən gənc vəkil Zenfira Aliyevanın pandemiya dövründə rastlaşdığı hüquqi məsələlərə dair söhbətini, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlinin medainın evdəqal kampaniyasıyla bağlı görüyü işlərlə bağlı söylədiklərini izləyiblər.

Məruzələrdən sonra iştirakçılara təhsil və digər mövzulara dair suallar ünvanlanıb.

100-ə yaxın gəncin qatıldığı vebinar 2 saat davam edib./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər