29 May 2020 19:06
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evdə özünü müalicəyə cəhd bizim əsas problemlərimizdəndir. Buna cəhd edənlər azalsa da, yenə var.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Ramin Bayramlı Operativ qərargahın brifinqində deyib.

O bildirib ki, hazırda xaricdən gələn 8 000 vətəndaşımız karantin mərkəzlərindədir: "Təəssüflər olsun ki, insanlarımızın inanmaması, tələblərə əməl etməməsi davam edir. Ölkəmizdə epidemioloji vəziyyət sabit və stabildir. Biz buna güvənərək sərtləşmə ilə bağlı deyil, yenidən yumşalma ilə bağlı qərarlar qəbul edirik".

Ramin Bayramlı qeyd edib ki, virusun bizimlə nə qədər yaşayacağını bilmədiyimiz üçün həyatımızı virusla paralel təşkil etməyi öyrənməliyik: "Bu səbəblə qaydalara və fərdi gigiyena tədbirlərinə əməl etməliyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər