3 Oktyabr 2014 15:02
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Dünya Turizm Təşkilatı (DDT) İcraiyyə Şurasının 99-cu iclasının rəsmi açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Forumun açılışında Özbəkistan Prezidenti İslam Kərimov, DTT-nin baş katibi Taleb Rifai, təşkilatın üzvü olan ölkələrin nümayəndə heyətləri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev də açılış mərasiminin iştirakçıları arasında olub.

İlk olaraq çıxış edən prezident İslam Kərimov Səmərqəndin tarixindən danışıb. Onun sözlərinə görə, hələ 100 illər bundan əvvəl bu şəhərdə elm, təhsil, mədəniyyət inkişaf edib. Böyük İpək Yolunun üzərində olan Səmərqəndin dünya ölkələri ilə ticarət əlaqələri bu şəhərin daha da çiçəklənməsinə şərait yaradıb.

Özbəkistanda turizmin inkişafından danışan dövlət başçısı qeyd edib ki, ölkədə yeddi mindən artıq qədim tarixi abidə var. O bildirib ki, turistləri Özbəkistana cəlb edən onun zəngin tarixi və qədim abidələridir.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai 1994-cü ildə BMT-nin və UNESCO-nun himayəsi altında Özbəkistanın paytaxtında "İpək Yolu" adlı beynəlxalq seminarın keçirildiyini xatırladaraq o tədbirdə Səmərqənd Bəyannaməsinin qəbul edildiyini diqqətə çatdırıb. Hazırkı iclasın bu Bəyannamənin qəbul edilməsinin 20 illiyinə həsr olunduğunu qeyd edən T.Rifai Özbəkistanda turizmin inkişafına dövlətin dəstəyi haqqında da danışıb. İclas öz işini davam etdirir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər