Ölkəmizdə kifayət qədər çarpayı ehtiyatı var.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Xəstəxanalarında yer dolsa belə, yenə də məktəblərin pandemiya xəstəxanalarına çevrilməsinə ehtiyac olmayacaq. Bizim bütün resurslarımız mövcuddur. Xəstəxanalar müvafiq tibbi ləvazimatların hamısı ilə təchiz olunub.
Bir daha sübut olundu ki, dünyanın heç bir ölkəsi buna hazır deyildi, lakin ölkəmiz bütün zəruri ehtiyacları qısa zamanda tamamlayıb".