4 İyun 2020 22:44
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Necdet Ünüvarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, Nücdet Ünüvar 1960-cı ildə Adanada anadan olub. 1984-cü ildə Atatürk Universitetinin Tibb fakültəsini bitirib.

Tibb elmləri doktorudur.

1986-cı ildən başlayaraq tibb sahəsi üzrə müxtəlif nailiyyətlər əldə edib. 2002-ci ildə Türkiyə Səhiyyə Nazirliyinin Katibliyinə təyin olunub. Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25 və 26-cı çağırışlarında AKP-dən millət vəkili seçilib. Hazırda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.

Evlidir, 3 övladı var.


Müəllif: Teleqraf.com