“Home Depot” bina bazarının qurucusu, ABŞ-ın ən varlı iş adamlarından olan Bernard Markus 5.9 milyard dollarlıq sərvətinin 80 faizini ianə verəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, beləliklə, o, ömrünün sonuna qədər cəmi 6 milyard dollar bağışlamış olacaq.
Markus sərvətinin böyük hissəsini tibbi araşdırmalar, autizmli uşaqlar və veteranların qayğısı üçün ianə edəcəyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın ən böyük dəstəkçilərindən biridir. 2018-ci ildə 10 milyard dollar sərvəti olan iş adamı 2010-cu ildə 2 milyard dollar sərvətini bağışlamışdı.
Bernard Markus 2016-cı il prezident seçkilərində Donald Trampın kampaniyasına 7 milyon dollar bağışlamışdı.
Qeyd edək ki, bu günə qədər dünyanın ən yaxşı donorları “Microsoft”un qurucusu Bill və Melinda Qeyts cütlüyüdür. Onların ümumi sərvətindən 101 milyard dollar məbləğində ianə verilib.