7 İyun 2020 18:14
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hələ də öz hökümranlığını davam etdirən Covid-19 virus infeksiyasının insanlara qənim kəsildiyi bir dövrdə "pandemiya ilə mübarizə tədbirlərində vətəndaş cəmiyyəti və özəl sektorun yeri” mövzusunda görüşlərimiz davam edir.

Millxəbər. az-ın əməkdaşları “Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Asossasiyası”nın üzvü, Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim-ginekoloq, USM mütəxəssisi Gülnara Sultanqızı ilə həmsöhbət olublar.

Teleqraf.com müsahibəni təqdim edir.

- Siz Azərbaycanda özəl səhiyyə sisteminin yaradılmasında iştirak edən ilk həkimlərdənsiniz. Bu sahədə ilk addımlarınız nədən ibarət oldu?

– 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin özəl sektora yaratdığı şəraitdən sonra Azərbaycanda özəl tibb mərkəzləri yaranmağa başladı. Həmin ərəfədə mən ilk özəl tibb müəssisələrindən olan “Ömür” klinikasını təsis etdim. Biz 2002-ci ildə Mərdəkanda 200 m2-lik binada kiçik həkim heyəti ilə çalışmağa başladıq. Müəyyən müddətdən sonra Nərimanov rayonu ərazisində yeni ünvanda fəaliyyətimizə davam etdik. Doqquz illik fəaliyyətdən sonra kirayədən çıxdıq və 17 iyun 2012-ci ildə (yeri gəlmişkən, tibb işçilərinin peşə bayramı günü) öz şəxsi binamızda fəaliyyətə başladıq. Beləliklə, bu günə qədər “Ömür” klinikası olaraq insanların xidmətindəyik. Bu illər ərzində biz çox yeniliklərə imza atmışıq.

Məsələn, mən hər il Almaniyada tibbi avadanlıqlara dair təşkil olunmuş konfranslarda iştirak edirəm. Ən son müayinə avadanlıqlarını klinikamıza gətizdirib insanlara tibbi xidmət göstəririk. Bundan başqa, bizim Dövlət Tibb Universiteti və Dövlət Neft və Sənayə Universiteti ilə (biotibbi texniik mühəndisliyi ixtisası) müqaviləmiz var. Hər il onlarla tələbə bizim klinikamızda təmənnasız olaraq təcrübə keçirlər. Biz klinikamızda çalışan həkimlərin inkişafı üçün əlimizdən gəlıni edirik. Onların beynəlxalq konfranslarda və seminarlarda iştirakını təmin edirik, ixtisas artırmaq üçün onları təkmilləşdirmə kurslarına göndəririk. Mən özüm 2011-ci idə Təbrizdə təşkil olunmuş Səhiyyə Turizminə həsr olunmuş Beynalxaql konfrasda çıxış etmişəm. Klinikamızın elmi-tədqiqat mərkəznə çevrilməsi üçün əlimizdən gələni etmişik. Belə ki, klinikanın materialı əsasında 10-dan çox mütəxəssis elmi iş yazaraq tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Mən özüm də tibb üzrə fəlsəfə doktoruyam. Mamalıq-Ginekologiyaya dair iki praktik vəsaitin müəllifiyəm. Bundan başqa, 7 məqalə, 1 praktik vəsaitim dərc olunub. Bir sözlə, bizim savadlı və təcrübəli kadrlarımız hər zaman xalqın xidmətində dayanıb, bundan sonra da dayanacaq.

– Həkimlərin özlərini sosial şəbəkələrdə reklam etməsinə münasibətiniz necədir?

– Biz oxuduğumuz zamanda həkimlərin özlərini reklam etməsi üçün bir o qədər də şərait yox idi. Yalnız həkim saatı olurdu. Orada da həkimlər müəyyən xəstəliklərə dair öz məsləhətlərini verirdilər. Qeyd editon kimi, mən Azərbaycanda özəl sektor yarandıqdan sonra həkim rubrikasının ilk aparıcılarındanam. Bu gün həkimlərin özlərini reklam etməsinə normal baxıram.

Çünki tibb hər gün inkişaf edir. Tibbin yenilikləri, xəstəliklər, müasir tibbi avadanlıqlar barədə əhalini məlumatlandırılması təqdirə layiqdir. Yetər ki, efirdə danışan həkim savadlı olsun. Mən özüm də tez-tez tibbə dair verilişlərdə, sosial şəbəkələrdə tibbə dair məlumat xarakterli çıxışlar edirəm.

Aztəminatlı ailələrin özəl klinikalardan yararlanmağa imkanı olmur. Bunun üçün siz klinika olaraq hansı addımları atmısınız?

– Bu barədə də biz bir ilkə imza atmışıq. 2005-ci ildə iki minə yaxın insanın ödənişsiz müayinəsi üçün aksiyaya start verdik. Təkcə Bakıda deyil, Lənkərana, Qubaya, Şəkiyə, İsmayıllıya, Şəmkirə və s. şəhər və rayonlara tibbi briqada ilə dəfələrlə səfər etmişik.

Müxtəlif xəstəlikdən əziyyət çəkən insanların problemləri ilə maraqlanıb onları ən son tibbi avadanlıqlara müayinə və müalicə etmişik. Bu tədbirlər arasında 2008-ci ildən əməkdaşlıq etdiyimiz Mingəçevir şəhər “Uşaq və ailələrə dəstək mərkəzi”nin klinikamıza göndərdiyi yüzlərcə imtiyazlı ailə və uşaqlara göstərilən tibbi xidmət xüsusi yer tutur. Bu gün də “Ömür” klinikasının qapıları aztəminatlı ailələrin üzünə hər zaman açıqdır.

Pandemiya dövründə aztəminatlı ailələrlə yardım aksiyalarına bir çox təşkilatlar və sahibkarlar qoşuldular. Bizdə olan məlumata görə, siz də pandemiya dövründə bu növ aksiyalarda fəal iştirak edən sahibkarlardansınız. İstərdim ki, bir az da bu barədə danışaq.

– Bəli, Cənab Prezidentin çağırışından sonra biz də həm həkim, həm də sahibkar olaraq yardım aksiyalarına fəal şəkildə qoşulduq. Onlarla aztəminatlı aiələrə həm maddi, həm də mənəvi dəstək olmağa çalışdıq. Klinikamızın əməkdaşları ilə qanvermə aksiyalarında iştirak etdik. Mən Cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, belə çətin bir zamanda xalqın yanında oldu. Məhz onun göstərişi ilə aztəminatlı ailələrə yardımlar edildi. Heç kəs diqqətdən kənardan qalmadı. Mən onu da qeyd edim ki, Azərbaycanda tibbi sektorda ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasının qərargahı məhz bizim klinikamızda yaradılıb. Mən artıq neçə illərdir ki, YAP-ın fəal üzvlərindənəm. Bu baxımdan, rəhbərlik etdiyim klinika YAP-ın bütün tədbirlərində və aksiyalarında yaxından iştirak edir. Cənab Prezidentin hər bir çağırışına könüllü olaraq qoşuluruq.

Ümumiyyətlə, sizcə, bizim səhiyyə sistemimiz pandemiya ilə mübarizəyə tam hazır idimi?

– Bəli, Cənab Prezidentin vaxtında qəbul etdiyi qərarlar və atdığı düşümülmüş, uzaqgörən addımlar sayəsində biz pandemiyadan ən az zərər çəkən ölkələr sırasındayıq. Səhiyyə sisteminin də işini müsbət qiymətləndirmək lazımdır. Çünki bizim həkimlərimiz gecə-gündüz əhalinin xidmətində oldular. Koronavirusla mübarizədə əllərindən gələni əsirgəmədilər. “Ömür” klinikasının da tibbi heyəti vətəndaşlara hər cür yardım və xidmət göstərdi. Həkimlərimiz şikayəti olan, evdən çıxa bilməyən xəstələri internet vasitəsilə dinlədi, onlara öz məsləhətlərini verdi. Düşünürəm ki, ümumiləşdirsək, Cənab Prezidentin təşəbbüsü ilə ölkənin hər bir sahəsində koronavirusla mübarizə çərçivəsində çox böyük və səmərəli işlər görüldü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər