Sərt karantin rejimi müddətində xidmət aparan polis əməkdaşlarının nümunəvi davranışı hər kəs tərəfindən rəğbətlə qarşılanıb.
Teleqraf.com xəbər verir ki, yaşayış binalarının birində ard-arda yerli musiqilər, sonra Azərbaycan Himni səsləndirilib.
Ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşları xidməti avtomobildən enərək hərbi salam verib, himni ayaq üstə dinləyib və ifa ediblər.
Sosial şəbəkələrdə maraqla qarşılanan bu görüntüləri təqdim edirik: