Bu günə qədər ölkəmizdə koronavirusa yoluxmada ölüm halları 98 nəfərdir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Dünya ölkələri ilə müqayisədə bu rəqəm çox az faiz təşkil edir. Bu isə ölkəmizdə müalicə işi və epidemioloji baxımdan səhiyyə sisteminin bu işin öhdəsindən gəlməsi ilə bağlıdır".
O qeyd edib ki, hazırda 3487 nəfər aktiv koronavirus xəstəsi müalicə alır: "136 nəfər reanimasiyadadır, 20 nəfərə süni tənəffüs aparatına qoşulub. Bu isə tibb müəssisələrimizin üzərinə kifayət qədər yük düşdüyünü göstərir.
Eyni zamanda, test nəticəsi pozitiv çıxmayan, lakin yüngül xəstəlik keçirənlər pandemiya xəstəxanalarında deyil, digər xəstəxanaların infeksion şöbəsində müalicə alırlar".