10 İyun 2020 18:50
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsiliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər