“Bu gün abonent Hacıyeva Çeşmi Şəmsəddin qızının “Azəriqaz” İstehsalat Birliyinə borcunun olmasına dair bir sıra informasiya saytlarında məlumatlar yayılıb”.
Bu haqda “Azəriqaz”ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilib.
“Bildiririk ki, abonent tərəfindən borc tam ödənilib və bu haqda yayılan məlumat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəmə gətirilməyib”.
Qeyd edək ki, Çeşmi Hacıyeva Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Seymur Orucuvun həyat yoldaşı, eks-deputat Şəmsəddin Hacıyevin isə qızıdır.
Bu gün bəzi KİV-lər Çeşmi Hacıyevanın külli moqdarda qazpulu borcu olduğunu yazıb.