25 İyun 2020 18:07
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda COVID-19 pandemiyasının ölkədəki kiçik və orta sahibkarlara, ümumiyyətlə həssas qruplara təsirini qiymətləndirməyə çalışırıq.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu qiymətləndirməni yekunlaşdırdıqda onu hökumətə təqdim edəcəyik. BMT qiymətləndirmə müzakirələri vasitəsilə həmin proseslərə dəstək verəcək. Hazırda işlərini itirən kiçik biznes sahiblərinin üzləşdiyi çətinliklə əlaqədar hökumətin göstərdiyi dəstəyi alqışlayırıq".

Onun sözlərinə görə, BMT hesab edir ki, COVID-19 pandemiyasının təsiri qısamüddətli olmayacaq və qurum bu təsirlərə öz dəstəyini göstərəcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər