30 İyun 2020 18:58
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ev şəraitində müalicə alan koronavirusa yoluxmuş şəxsə nəzarət olunması və müalicəsi tərtib olunan təlimatla aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, bu xəstələr iltizamnamə imzalayırlar. Xəstəyə nəzarəti sahə həkimi həyata keçirəcək.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, xəstələr ilk simptomlarında mütləq həkimə müraciət etməlidirlər: "Artıq evdə müalicə olunan şəxslər SMS icazə ilə çölə çıxa bilməzlər. Məsuliyyəti hiss etmək lazımdır, sahə həkimi bütün xəstələrə nəzarət edə bilməz".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər