2 İyul 2020 13:34
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub.

Bu barədə Teleqraf.coma- Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini, Pərvin Quliyev Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Rövşən Əliyev Təşkilat və icraya nəzarət idarəsinin, Cəlaləddin Axundov Prokurorluqda istintaqa nəzarət idarəsinin, Əmir Qaloyev Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.


Müəllif: Hacı Zeynalov