Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər davam etdirilir.
Teleqraf.com-un məlumatına görə, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
Belə ki, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.
Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.