Rayonlarda yas mərasimi keçirmək qadağandır və bunu edənlər məsuliyyətə cəlb olunur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bununla bağlı Nazirlər Kabineti rayon icra hakimiyyətlər ilə iclas keçirib, müvafiq tapşırıqlar verilib. Yas mərasimlərinin təşkili bizim üçün digər problemlərə səbəb olacaq".