7 İyul 2020 11:01
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.

Teleqraf.com xəbər verir ki, ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub:

“Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.

G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:

“İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.(oxu.az)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər