10 İyul 2020 17:33
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərarlar bir nəfər tərəfindən yox, ümumi qəbul olunur.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində metroların fəaliyyətinin dayandırılması barədə suala cavabda deyib:

"Sərt karantin rejimi zamanı iş yerlərinin azalması nəzərdə tutulduğu üçün metronun fəaliyyəti dayandırıldı".

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, qərarların qəbulu zamanı beynəlxalq təcrübə nəzərə alınır: "Mən özüm də avtobusdan istifadə edirəm. Sıxlığın baş verməsi müşahidə olundu, bununla bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edilib. Metronun fəaliyyəti epidemioloji fəaliyyət nəzərə alınaraq dayandırılıb".

O qeyd edib ki, sıxılığı azaltmaq üçün özəl şirkətlərə müraciət edilib ki, iş yerlərinin saatları azaldılsın.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər