Koronavirus bir xəstəlik kimi klinik olaraq dəyərləndirilir. Bu səbəbdən sağalan insanın təkrar test edilməsi tələb olunmur.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Qonşu ölkələrdə də belə hallar baş verib ki, sağalan insanda virus aşkarlansa da, o, xəstə hesab olunmur. Əgər ailədə kimsə inkubasiya dövrünü keçiribsə, yoluxdurucu sayılmır. Bir vətəndaşın 21 gün izolyasiya dövrü bitdikdən sonra ondan test tələb olunması tövsiyə edilmir".