Dünən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn Ermənistan Prezidenti Armen Sərkisyan bu gün bölgədəki terrorçu rejimin keçmiş başçısı Bako Saakyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi bildirilməyib.
Əlavə edək ki, Armen Sərkisyan dünən Xankəndində terrorçuların yeni rəhbəri Araik Harutyunyanla görüşmüşdü. Görüşdə bölgədəki son durum müzakirə edilib.
İki gündür Dağlıq Qarabağda olan Ermənistan prezidentini işğal bölgəsinə hansı səbəblərin gətirdiyi haqda heç nə deyilmir.