"Təmas" Regional İctimai Birliyi Gəncədə insan alverinin qurbanları və sosial riskli ailələrdən olan şəxslərə, sənədsiz insanlara, məişət zorakılığından əziyyət çəkənlərə yardımlar edib.
Yardımlar "İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiyası" layihəsi çərçivəsində edilib.
Birliyin rəhbəri Südabə Məmmədova Teleqraf.com-a bildirib ki, mərkəzdə 93 nəfərə yaxın qadın və uşaq sığnacaqla təmin edilib. Onlarla fərdi qaydada iş aparılıb, çətinliklərinin həlli üçün addımlar atılıb.
S. Məmmədovanın sözlərinə görə müraciət edən şəxslərə daha real yardım etmək üçün mütəmadi olaraq Gəncə şəhər və ətraf rayonların icra hakimiyyətləri, hüquq-mühafizə orqanları, QHT, səhiyyə, təhsil idarələri və digər aidiyyatı oraqanlarla əlaqələr qurulub.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra olunur.
Ayxan