İyulun 18-19-da Bakının Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində aparılan təmir işlərilə əlaqədar hərəkət müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.