17 İyul 2020 21:29
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz olaraq aksiya keçiriblər.

Aksiyanın təşkilatçısı Emil Əliyev Teleqraf.com-a bildirib ki, paytaxt Dohanın məşhur Al Corniche küçəsində keçirilən aksiyada bu ölkədə işləyən azərbaycanlı gənclərlə yanaşı, burada yaşayan ailələr də iştirak ediblər.

Aksiyaçılar öncə avtomobillə yürüş ediblər. Əllərində Azərbaycan bayrağı və plakatlar tutan soydaşlarımız "Qarabağa Ədalət", “Qarabağ Azərbaycanındır” şüarları səsləndiriblər.

Azərbaycanlılar Ermənistanın Azərbaycana təcavüzü barədə yerli sakinləri məlumatlandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər