Türkiyənin “Anadolu” Agentliyinin (AA) əməkdaşları Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən material hazırlayıb.
Teleqraf.com-un məlumatına görə, agentlik qeyd edib ki, erməni mövqeləri ilə qarşı-qarşıya duran Azərbaycan əsgərləri hücuma layiqli cavab verməyə hazırdır.
Erməni ordusunun hücumlarını, o cümlədən artilleriya atəşlərini dəf edən Azərbaycan əsgərləri qarşı tərəfin bütün hərəkətlərinə nəzarət edir.
“Göründüyü kimi, əsgərlərin hazırlığı və mənəvi ruhu olduqca yüksəkdir. Avadanlıq və təchizatla bağlı heç bir problem yoxdur”, - deyə agentlik yazır.
Fotolar Rəsul Rəhimovundur.