20 İyul 2020 09:31
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən bəzi internet saytlarında qəhrəman şəhidlərimiz Raquf Orucov və Polad Həşimov haqqında 1992-ci ildə Türkiyə Cumhuriyyətinə hərbi təhsil almağa göndərilməsi barədə əsassız xəbər və video paylaşılıb.

Teleqraf.com xəbər verir ki, Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova yayılan informasiyanın yanlış olduğunu bildirib:

"Raquf Orucovun ailəsi adından bildirirəm ki, şəhidimiz 1992-ci ildə Özbəkistandakı sovet ordusundakı xidmətini yarımçıq qoyaraq, Azərbaycana gəlib. Doğma yurdu Ağdamın müdafiəsinə qoşulub. Şəhid Milli Qəhrəman Allahverdi Bağırovun batalyonunda xidmət edib.1993-cü ildə anası erməni işğalçıları tərəfindən qətlə yetirildikdən sonra Raquf ön xətdə döyüşlərdə olub. Döyüşlərdə yaralanmış və atəşkəs elan olunduqdan sonra Bakı Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 2003-2005-ci illərdə isə AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb.

Çox maraqlıdır, kimə lazımdır əsası olmayan bu cür məlumatlar paylaşmaq? Raquf Orucov 4 ildir şəhid olub. İlk dəfədir belə bir saxta məlumat eşidirik. Videoda kimin Raquf olduğunu necə təsdiqləyə bildiniz? Raquf sizin dediyiniz vaxtda Ağdamda Vətənin müdafiəsində iştirak edib. Xahiş edirəm, şəhidlərimiz haqqında qeyri-dəqiq informasiyalar paylaşmayaq, ailəsi olaraq verilən informasiyanı təkzib edirik. Şəhidlərimizin ruhu şad olsun!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər