21 İyul 2020 09:14
2 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus infeksiyasına qarşı Rusiyada ilk vaksin hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Salikov açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, vaksinin kliniki sınaqlarının nəticələri üzərində nazirliyin və milli tədqiqat mərkəzinin mütəxəssisləri son dəyərləndirmə aparıblar: "Xəstəxanadan buraxılarkən immunitet qazanmış könüllülərdə heç bir problem aşkarlanmayıb və onlar özlərini normal hiss ediblər. Beləliklə, koronavirusa qarşı ilk yerli vaksinimiz hazırdır".

Qeyd edək ki, dünən Rusiya hərbi idarəsi koronavirusa qarşı vaksinin sınaqlarına cəlb edilmiş könüllülərin evə buraxıldığını bəyan etmişdi.

Bundan əvvəl Seçenov adına Univeritetin nəzdində dərman prepatlarının klinik tədqiqatı mərkəzinin rəhbəri Yelana Smolyarçuk bildirmişdi ki, vaksinin təsiri 3 həftə ərzində maksimum həddə çatır.

Könüllülərə vaksin bu il iyunun 18-də vurulmuşdu.


Müəllif: Mahir

Oxşar xəbərlər