21 İyul 2020 19:43
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan 12 hərbi qulluqçumuzdan biri də gizir Yaşar Babayevdir.

Teleqraf.com xəbər verir ki, Ağstafa rayonunun Köçəsgər kəndinin sakini Yaşar Babayev ailəli olduğu 8 il ərzində övlad həsrəti ilə yaşayırdı. Səkkiz ildən sonra ona övlad nəsib oldu, lakin o, körpəsinin üzünü görmdi.

Şəhid gizirimiz yolunu gözlədiyi qızına Narin adını vermişdi. Bu gün balaca Narin doğulduğu xəstəxanadan çıxarıldı. Xəstəxanadan atası ilə çıxmaq Narinə nəsib olmasa da o, tək də deyildi. Vətənpərvər insanlarımız, könüllülər bu günündə onun yanında idilər.

Allah şəhidlərimizə rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər