“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı, jurnalist Cavid Şahverdiyevin Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ilə bağlı geniş həcmi yazısı İndoneziyanın ingilisdilli tanınmış saytlarının birində dərc edilib.
Teleqraf.com xəbər verir ki, yazıda milli mətbuatımızın tarixinə qısa ekskursiya edilib, Azərbaycanda söz və mətbuat azadlığının qorunmasında dövlətin atdığı addımlardan, ulu öndər Heydər Əliyevin mətbuata diqqət və qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin azad mətbuatın inkişafı üçün göstərdiyi xidmətlərdən bəhs edilib.
Müəllif qeyd edib ki, zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir.
Cavid Şahverdiyev bildirib ki, cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının xüsusi rolu var.