3 Avqust 2020 16:00
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Polad Generalımız” kitabı artıq hazırdır. Sabahdan nəşriyyatdan əldə etmək mümkündür. Kitabı 2000 ədəd tam rəngli nəşr etdik, pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. Kitab şəhid generalımız Polad Həşimova həsr olunub.

Şahbaz Xuduoğlu nəşrin pulsuz paylanacağını bildirib:

“İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun. Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu