3 Avqust 2020 17:58
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunmur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Burada məqsəd insanların sıx şəkildə bir araya toplanmasının qarşısını almaqdır. Eyni zamanda açıq hava olsa da, çimərliklərdə də vətəndaşların gəlişinə xüsusi nəzarət olunacaq".

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, kiçik ticarət obyektlərinin açılması müzakirə olunur:

"Yumşalmaya mərhələli şəkildə getmək lazımdır. Qeyd edim ki, çimərliklər açıq havadadır. Geyinmə-soyunma otaqlarının üstü açıq şəkildə olur və monitorinqlər aparılıb. Biz insanların istəyi və isti havaları nəzərə alaraq bu qaydaları qəbul etdik. Qarşıdakı günlərin nəticəsini nəzərə alaraq, növbəti qərarlar veriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər