Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub.
Teleqraf.com xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları iştirak edib, xiyabana məhdud sayda adam buraxılıb.
Dəfndə Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Gənclər və İdman Naziri Azad Rəhimov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.
Dəfn mərasiminə Milli Məclisin I vitse-spikeri Əli Hüseynli, vitse-spikerlər Fəzail İbrahimli, Adil Əliyev, komitə sədri Siyavuş Novruzov, deputatlar Eldar İbrahimov, Rüfət Quliyev, Elman Məmmədov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, sabiq deputat Arif Rəhimzadə qatılıb.
Qeyd edək ki, Fəttah Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
***
12:17
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun cənazəsi dəfn edilmək üçün I Fəxri xiyabana gətirilib.
Foto: Ceyhun Rəhimov