11 Oktyabr 2014 00:00
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizdə səfərdə olan Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, E. Süleymanova bu günlərdə Azərbaycanın Konstitusiya Məhkəməsi ilə Qırğızıstanın Konstitusiya Palatası arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasının iki ölkə arasında hüquqi sahədə əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini deyib.
Müvəkkil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasının, qanunun aliliyinə əməl edilməsinin prioritetlərdən olduğunu, respublikamızın 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğunu vurğulayıb.

O, Azərbaycanda institusional mexanizmlərin təkmilləşdirildiyini, yeni təsisatların yaradıldığını qeyd edib, müvafiq dövlət qurumlarında insan hüquqları üzrə bölmələrin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. E.Süleymanova Ombudsman Aparatının beynəlxalq əlaqələri haqqında da söhbət açıb.

Ombudsman, həmçinin Azərbaycan Prezidenti tərəfindən 56 əfv sərəncamının imzalandığını və 10 amnistiya aktının həyata keçirildiyi qeyd edib. Ölkəmizdə son illərdə hakim vəzifəsinə namizədlərin seçilməsinin və hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin təkmilləşdirildiyi, müvəkkilin və Aparatın əməkdaşlarının onlar üçün insan hüquqları ilə bağlı mühazirələr oxuduğu diqqətə çatdırılıb. Parlamentarilər üçün də maarifləndirmə tədbirlərinin keçirildiyi vurğulanıb.

Ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının uğurla tətbiq olunduğu, ombudsmanın respublikanın bütün regionlarını əhatə etməklə hər bir rayonda ictimai dinləmələr keçirdiyi diqqətə çatdırılıb. Müvəkkil Azərbaycanda müxtəlif dini icmaların, təriqətlərin, konfessiyaların dözümlülük şəraitində fəaliyyət göstərdiyini, yeni bir model olan bu tolerantlığın bütün dinlər üçün bərabər imkanların yaradılmasına və hərtərəfli əməkdaşlığa yönəldiyini vurğulayıb.

M.Kasımaliyev ombudsmanın insan hüquqları sahəsində səmərəli fəaliyyətini və təşəbbüslərini yüksək dəyərləndirib. O, rəhbərlik etdiyi Konstitusiya Palatasının fəaliyyəti və ölkəsinin ombudsmanı ilə əməkdaşlığı barədə məlumat verib.


Müəllif:

Oxşar xəbərlər