Pandemiya bəzi dünya ölkələrinin borclanmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, ölkəmiz beynəlxalq borclanmaya getməyib və bu, müsbət haldır:
"Vətəndaşlar ödənişlər zamanı vergilərdən faydalanaraq güzəştlərdən istifadə edə bilərlər. Kommunal xərclər zamanı sui-istifadə olunmaması üçün ölkəmiz bu modelə müraciət edib".