26 Avqust 2020 08:12
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyinin Siyəzən və Şabran rayonunda həyata keçirdiyi “Biz birlikdə güclüyük” devizi altında koronavirus pandemiyası ilə bağlı layihəsi davam edir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri Teymur Nəsirovun Teleqraf.com-a verdiyi məlumata görə, layihə çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımı paylnır.

Artıq birinci mərhələdə 28 ailəyə qutuların paylanması həyata keçirilib. İkinci mərhələ üçün daha 40 ailə üçün ərzaq qutuları hazırlanıb və Mərkəzi Poçt Şöbəsinə təhvil verilib. Yardım qutularının hazırlanması prosesi Quba Regional QHT Resurs Təlim Mərkəzinin əməkdaşları tərəfindən monitorinq edilib.

Layihə Siyəzən və Şabran rayonlarında həyata keçirilir.

Qeyd olunur ki, aztəminatlı ailələrin siyahısı isə Birlik tərəfindən hazırlandıqdan sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təsdiqlənib.
Siyəzən Rayon Mərkəzi Poçt şöbəsi ərzaqların çatdırılması xidmətini təmanasız olaraq öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər