1 Sentyabr 2020 10:00
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də ingilis dili, alman dili və kimya fənləri üzrə test imtahanları keçirilir. İmtahanlarda 1530 namizədin iştirakı nəzərdə tutulur.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.


Müəllif: Teleqraf.com