Aparıcı Samirə Mustafayeva AzTV-nin “Xəbərlər” proqramını təqdim edəcək.
Teleqraf. com xəbər verir ki, Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır. Onun yeni iş yeri Azərbaycan Televiziyası olacaq.
Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin 5 günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və 00:00 buraxılışını təqdim edəcək.
Qeyd edək ki, Samirə Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.