15 Sentyabr 2020 17:00
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ay Rusiyanın paytaxtı Moskvadan MDB ölkələrinin şəhərlərinə uçuşlar bərpa oluna bilər.

Artıq bununla bağlı mexanizmlər müzakirə edilir.

İlk öncə Moskva ilə Belarusun paytaxtı Minsk arasında hava əlaqəsi bərpa ediləcək. Növbəti mərhələdə isə Rusiya paytaxtından Qazaxıstanın Nur-Sultan şəhərinə, Özbəkistanın paytaxtı Daşkəndə, eləcə də Bakıya uçuşlar yerinə yetiriləcək.

Qeyd edək ki, sentyabrın 17-də Rusiya Federal Hava Nəqliyyat Agentliyi uçuşlarının bərpası ilə bağlı iclas keçirəcək. İclasda müxtəlif şirkətlərin uçuşların bərpası ilə bağlı tələbləri müzakirə ediləcək. Artıq “AzurAir” şirkəti Rusiyanın bir sıra şəhərlərinə, eləcə də Böyük Britaniyanın paytaxtı Londona, Misirin paytaxtı Qahirəyə, “Nordwind” şirkəti Türkiyənin İstanbul şəhərinə, “Red Wings” və “Azimut” şirkətləri Bakıya, “Nortstar” “Utair”, “Ruslayn” şirkətləri isə Minskə uçuşların bərpası ilə bağlı tələb irəli sürüb.

Xatırladaq ki, Rusiya koronavirus pandemiyasına görə martın 27-də bütün istiqamətlərdə, o cümlədən Azərbaycana uçuşlara qadağa qoyub. Hazırda iki ölkə arasında ayda 3-4 dəfə çarter reysləri həyata keçirilir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər