21 Sentyabr 2020 14:44
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Aeroflot" aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.

Teleqraf.com-un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.

Bildirilib ki, aviareys ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Bakıdan Moskvaya ayda üç dəfə “Azərbaycan Hava Yolları” QSC (AZAL) çarter reysləri həyata keçirir.


Müəllif: Teleqraf.com