Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs imzalandıqdan sonra düşmənin təxribatları adətən işğal olunmuş ərazilərdə baş verirdi. Bu ilin iyul ayında isə düşmən gözlənilmədən Azərbaycan - Ermənistan sərhədində yerləşən Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu. Daha sonra ağır artilleriya atəşləri Tovuzun digər sərhəd kəndlərinə də yönəldi. Ordumuz düşməni layiqli zərbə ilə geri oturtsa da, hərbçilər və dinc sakinlər arasında şəhid olanlar, yaralananlar oldu.
Həmin günlərdə xalq öz ordusunun arxasında durdu. Hər kəs bir yolla dəstək olmağa çalışdı. Könüllü döyüşə qatılmaq üçün can atmaqdan tutmuş, əsgərə ərzaq daşımağa qədər... Təbii ki, hər zaman olduğu kimi, şəhid ailələri də yaddan çıxmadı. Dövlətin dəstəyi ilə yanaşı, iş adamları, müxtəlif sahələrdə çalışan şəxslər, iş adamları şəhid ailələrinə baş çəkdi, maddi və mənəvi cəhətdən dəstək oldular.
Teleqraf.com xəbər verir ki, bu dəstək hələ də davam edir.
Əldə etdiyimiz məlumatlara görə, Tovuz döyüşlərində şəhid olmuş, gizir Yaşar Babayev və baş əsgər Elşad Məmmədovun ailəsini Azərbaycanda gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan “VƏLİOĞLU-2018” öz məhsulları ilə ödənişsiz təmin edəcək.
Belə ki, şirkət, şəhid Yaşar Babayevin qızı Narin Babayevanın və şəhid Elşad Məmmədovun Məhəmməd adlı 7 aylıq övladının gigiyena məhsullarını (Predo bezləri, nəm salfetləri, uşaq şampunları ), həmçinin, ailəni Predo yuyucu tozları, Kris sabunları və Lexi şampunları kimi məhsulları ilə təmin edəcək.
Şirkət haqqında araşdırmamız zamanı bəlli oldu ki, şirkət 2018-ci ildən "Predo" uşaq bezləri və "baxım lexi" şampunları, "kris" sabunları məhsullarının satışı və rəsmi distribütorluğu ilə məşğuldur. 2 ildir fəaliyyyət gösdərməsinə baxmayaraq, şirkət bir çox xeyriyyə tədbirlərində aktiv iştirak edib, amma bunu ictimaiyyətləşdirməyib.
Belə həssas məqamda öz dəstəyini əsirgəməyən hər kəsə olduğu kimi, "VƏLİOĞLU-2018" şirkətinə də, belə bir rəqabətli sektorda, ticari sahədə, öncəliyinin insanlara ən yaxşı şəkildə xidmətin olması, həmçinin də humanist, sosial duyarlılığı ilə ölkə iqdisadiyyatına olan dəstəyinə görə, xüsusi təşəkkür düşür.