Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6 577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunacaq.
Məktəbəhazırlıq qruplarına qəbul mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.