28 Sentyabr 2020 12:33
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələri əldə olunmuş nailiyyəti əldə saxlamaq niyyəti ilə əks-hücumu davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib:

"Artıq Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib. Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi itkilərini gizlədir. Kəşfiyyat qurupumuzun əldə etdiyi məlumata əsasən, düşmənin 24 tank, texnikası, 8 artilleriya qurğusu məhv edilib, 550-dən artıq itkisi var. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan gətirilən əsirlərə aid olduğu aşkar edilib. Ermənistan bu məlumatı həm öz xalqından, həm də beynəlxalq ictimaiyyətdən gizlədir".

O qeyd edib ki, Düşmən ordusundakı yaralıların sayı çoxluğu səbəbilə hospitallarda yer qıtlığı yaranıb, qan donorları axtarılır".


Müəllif: Aysel Azad