Cəbhə bölgəsində 14 inzibati-ərazi vahidində yerləşən məktəblərdə hər hansı təhdid halı olarsa, onların fəaliyyəti dayandırılır. Əgər risk yoxdursa, məktəb pandemiya şəraitinə uyğun fəaliyyət göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev bu gün keçirilən brifinqdə deyib:
"Bu günə qədər cəbhə bölgəsində 420 məktəbin fəaliyyəti dayandırılıb. Dərslərin bərpa edilməsməsi müharibə şəraiti ilə əlaqədardır.
Hazırda 3 rayonda bütün məktəblər fəaliyyətini saxlayıb, 11 məktəbdə isə inzibati əraziyə əsasən bu qərar verilib".